Vahid Çəmənli - Hər şey yaxşıya doğru Страница 2
- Категория: Проза / Русская современная проза
- Автор: Vahid Çəmənli
- Год выпуска: неизвестен
- ISBN: нет данных
- Издательство: -
- Страниц: 4
- Добавлено: 2019-07-03 19:08:56
Vahid Çəmənli - Hər şey yaxşıya doğru краткое содержание
Прочтите описание перед тем, как прочитать онлайн книгу «Vahid Çəmənli - Hər şey yaxşıya doğru» бесплатно полную версию:Kitabda müəllifin son illərdə yazdığı şerlər və nəsr əsərləri toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur.
Vahid Çəmənli - Hər şey yaxşıya doğru читать онлайн бесплатно
Sən çox gözəl təşkilatçı idin. Ülvi müəllimlə birgə rəhbərlik etdiyiniz Karate fedarasiyasının qazandığı uğurlardan gecə-gündüz danışsaq, qurtarmaz. Hələ gənc yaşlarından bu fedarasiyada söz sahibi idin. Sənin şərəfinə neçə dəfə Azərbaycan bayrağı qaldırıldı, neçə dəfə zəfər himnimiz səsləndi. 7-ci dan qara kəmər sahibi idin. Bu, yüz milyonlarla insanlardan yalnız birinə nəsib olur. Son zamanlar yarışılara hakimlik edirdin. Bu sahədə də uğurun ən yüksək pilləsinə qalxdın. Beynəlxalq dərəcəli hakim idin. Hamı səni ən oyektiv hakim kimi tanıyır, verdiyin qərarla razılaşırdılar. Sənin ədalətli hakimliyin də, idman zəfərlərin kimi Azərbaycan idmanına böyük şöhrət gətirirdi. Əllərindən tutub, idmanın sirrlərini öyrətdiyin gənclər öz əzmkarlığı ilə hamıdan seçilirdi. IV İslam Oyunlarında zəfər qazanan karateçi idmançılarımızın arasında sənin də layıqli payın var. Bu gün səninlə vidalaşdıq. Yaşadığın evdən Qurd qapısınacan uzanan qəm karvanına baxdıqca, kövrəlirdim. İnana bilmirdim… İnana bilmirdim ki, sən həyatda yoxsan. Məni ən çox ağrıdan amillərdən biri də canın qədər sevdiyin oğlun Emilin Bakıda olmaması idi. Bəli, bu məni ağrıdırdı. Ata oğul çiynində getməlidir. Təəssüf ki, Emil bu şərəfli yükə, bu qəm yükünə öz çiyinlərini verə bilmədi. Bu, məni hələ çox ağrıdacaq.
İnanmaq olmur ki, bu sənin üzündəki son təbəssümdür!
Son zamanlar özünə ev tikirdin. Amma taleyin qismətii başqa imiş. O, sənə soyuq, dar məzar hazırlayırmış. Eybi yox, canın qədər sevdiyin vətən torpağıdır.
Əlvida, əziz dostum Yusif Məmmədov! Rahat uyu, Cənabi-Haqq son mənzilini nurla doldursun.
P.S. Deməyə bilmərəm. Sənin ölüm xəbərini yayan KİV-nin qərəzli yazılarını həzm edə bilmirəm. Doğrudur, sən IV İslam oyunlarındaki qələbəni restoranda qeyd edərkən dünyanı dəyişmisən. Amma, məlumatı yayanlar, onu oxuyan insanlarda belə bir fikir formalaşırdılar ki, guya sən kef məclisində yeyib-içəndən sonra bu hadisə baş verib. Bu cür söz dəllalarına demək istəyirəm ki, sən yüksək intizama malik bir idmançı idin. Heç vaxt siqaret çəkməzdin, spirtli içkilər qəbul eləməzdin. Belə məlumat yaymaq istəyənləri də öz vicdanı ilə baş-başa qoyuramBakı25 may 2017-ci ilDəli Çəmənli haqqında ballada
Qarabağın qucağında, Allı – güllü, Ən laləli, Ən sünbüllü, Ən bülbüllü bucağında.Bir kənd vardır,Çəmənlidir onun adı.Çəmənlimdir!Şehə batmış çəmənimdir!Ürəyimdir!Dirəyimdir!Çörəyimdir!Əbədilik gərəyimdir!Əbədilik verib mənəUlu Tanrı bu diyarı.Neçə – neçə igidlərin yadigarı… O sarsılmaz igidlərdənİlham alıb bu gün mən də,Böyük dastan yaratsaydım Çəmənlimdən…Qarabağım, qəm otağım, Qəza – qədər öz ortağım. Tale yüklü arzularaHəsrət qalanbir yatağım. Sakit – sakit keçib gedirBu zamanın gərdişində neçə insan. Sənsə belə şax qalmısan, Şux qalmısan.Tarixlərdə adın qalıb «Dəli» kimiBir vüqarlıDəli ömrü yaşamısan. Dəlidağ tək, Dəli Kür tək ad almısan. Sarsıdarmı səni fələk. Dəli kimi tarixlərdə qalar aldınDəli Həsən,Dəli Domrul, Dəli Becan,Tarixlərin neçə – neçə Dəlisi tək,Bu gün məni bağışlasınAt oynadan babalarım,Niyə mən də olmamışamBəs onların birisi tək…Deyirlər ki, bir zamanlarBir qəddar şahdiş qıcıyıb bu torpağa.Ürəyindən QarabağdaTalan qurmaq gəlib keçib.Qoşun yığıb, Hücum çəkib. Od vuraraq neçə – neçə tarlasınaGəlib çıxıbQədib Şuşa qalasınaCuşə gəlib hayqırıbdır:«Eheey!Hanı bu torpağın kişiləri?Mən gəlmişəm bu dağları,
Dərələri oylaq edəm. Aran məni yandırandaBu yerləri yaylaq edəm.
Mən gəlmişəmSizdən baci – xərac alam.
Qılıncımın qəbzəsinəRəvac alam.
Güc məndədir,Qüvvət məndə.Elm, helm, qüdrət məndə. Atdan düşün,Qılıncımın altdan keçin, Sonra rahat əkin, biçin.»Qəribədir!Diş qıcıyır hamı bura.
Hamı salır vurhavura. Anlamırlar,Bura elə bir diyardır,Quş uçarsa qanad salar,Qatır gəlsə dırnaq salar. Bir kimsənin torpağınaDikməsək də göz heç zaman,
Bizlərə xor baxan gözünDidəsinə od salarıq. Biz özümüzTorpağından bac alarıq!Qala xanı məşvərətə adam yığdı:
– Balam bu şah at oynadırDeyir baba,
Burda mənəm Bağdadda da kor xəlifə.İstəyirəmSahib çıxam hər tərəfə.Anlatmışam neçə dəfə– Bu fikirdən daşın bala!Yığsam əgərmən dövrəmə qoşun, balaBaşsız qalarBu qalada başın, bala.
Nə yazıq ki, bunu qanmır.«Dava» deyir heç utanmır. Bu gün gərək xəbər gedəHər obaya,
Hər yaylağa,hər çadıraDəliləri yığaq bura.
Əfətlidən Əkbər gəlsin.Mahrızlıdan Qəmbər gəlsin.Üçoğlana salın nəzər,Dəli Həsən harda gəzər?Hər kənddən bir Dəli gəlsin.
Kəngərlidən Vəli gəlsin. Ovşarlardan görün kim var?Lənbərandan Dəli Qafar.
Göytəpədən Dəli Cabbar.Qiyaslıdan vuran – tutan Dəli Aslan.Unutma bax,Qərvənd,Xaçın,Xındırıstan. Dəli Əhməd,Dəli Məmməd, Dəli Qurban!Quzanlıdan Dəli İmran.
Mərzilidən Dəli Yaqub, Dəli Soltan Gülablıdan.Xıdırlıda ayaq saxlaDəli Rzanı bura yolla…Tez yəhərlə köhlən atı,
Hə, igidim duma, atlan, Tez bura yığ camaatı.– Ay xan, ay xan…Heç demədin Çəmənlidən?Çəmənlidən kimi buraÇağırım mən.
– Çəmənlidən?..Çəmənlidən hansı Dəliqənşərinə çıxsa əgərBura göndər!…O zamandan keçib illər.
İndi xan daqəddar şah da tarix olub.
Bu zamanın gərdişindən, Sənin «Dəli» adın qalıb.İndi hamı elə bilir,Dəli olmaq asan işdir. Dəlixana sarıdan daKoroğlumuz yoxdu, «şükür»!İndi çoxuəsgərliyin orda çəkir.
Sonra ona daşdan keçənKağız verir dəlixana.
«Devit be”dirSilah vermək olmaz ona.
Atasının pul kisəsi, Cağbacağlı Mersedesi dura – dura, Dəli hara, əsgər hara?Ağrımasın təki başı,
Kim istəyir töhmət etsin.O dəlidi – ağıllıdı,Qoy dəlilər xidmət etsin.Ay papanın gül dəlisi, Ay mamanın gül dəlisi,Get özünə başqa ad qoyDəliliyə dəymə, bala.
Dəli sənə tutar bir toy,Çox özünü öymə, bala. O dəlilik kağızını cırıb tulla.Kəmər bağla,Qılınc qurşa.Xəbər göndər haykazlara. Dəli, dəli görməyincəDəyənəyin qısmaz dala.
Hünər göstər.Ad – san qazanOnda deyim sən Dəlisən.
Kağız – kuğuz DəliliyəƏsas vermir «dəli» bala…
Bakı, Çəmənli mart 2011Hə şey yaxşıya doğru
Şah ilə onun Vəziri haqqında saysız – hesabsız rəvayətlər var. Bir rəvayət də mən danışmaq istəyirəm. Bəri başdan deyim ki, bu rəvayətimin nə bu günkü şahlarla, nə də bu günkü vəzirlərlə heç bir əlaqəsi yoxdur. Bütün hadisələr mənim təxəyyülümün (bəlkə də heç mənim yox) məhsuludur, əgər həyatda hansı şahın, və yaxud («və» bağlayıcısını icad edən türk deyil. Amma nə təhər qanımıza yeriyibsə, onsuz bir kəlmə yazmaq olmur. Amma mənim bu yazımda bir daha «və» sözünə rast gəlməyəcəksiniz) başına gələn bir əhvalatla üst – üstə düşərsə, bu yalnız təsadüfdür. Mənim sizə təqdim etmək istədiyim əhvalat ibrətamiz bir əhvalatdır, bu əhvalatın içində olan nəticə də ondan ibarətdir ki…
Deyəsən mən məntiqsizliyə yol verirəm axı? Kim əhvalatı danışmamış nəticəni təqdim edər? Nəticəni oxuyandan sonra kim bu boyda yazını oxuyar? Doğrudu, nəticəsini dərhal oxumaq istəyənlər də olur. Sənin əziyyətlə yazdığın yazını atır bir yana, axırdan bir cümləni oxuyur, nəticəsini çıxarıb, çıxır gedir işinin – gücünün dalınca…
Bir də var oxuma prosesinin özü… Bu zaman insan hadisələrin içində olur, özü fikirləşir, özü də nəticə çıxarır, nə yazıçıya, nə də yazıçının qələmə aldığı hadisədən çıxardığı nəticəyə ehtiyacı olmur.
Mən deyəsən sizi çox intizarda saxladım axı? Oxucuların əsəbi ilə də oynamaq olmaz. Deməli, birbaşa mətləbə keçirəm…
Bir şahla bir vəzir vardı. Bunların çoxlu əyanları, nokərləri, rəiyyətləri də vardı. Əyansız, nökərsiz, rəiyyətsiz şah olmaz ki…Amma beş – altı əyandan savayı qalanlarını qoyaq bir kənara, onların bizim əhvalatımızla heç bir əlaqəsi yoxdur. Şahla vəzir çox mehriban idilər. Bir yerdə yeyib, bir yerdə içərdilər. Vəzir fərmanları icad edərdi, şah da vəziri çox sevdiyi üçün, o fərmanları gözüyumulu imzalayardı. Camaat da (axırıncı dəfə camaatın adını çəkirəm, bundan sonra onlarla da işim olmayacaq) bu fərmanlarla, qanunlarla şad – xürrəm yaşayırdı.
Bizim şah ovu çox sevirdi. Ayda bir dəfə yığardı əyanlarını başına, üz tutardılar dağlara, düzlərə, meşələrə, ov ovlardılar, quş quşlardılar, sonra da bir bulaq başında kef məclisi qurardılar. Bir neçə gün burada yeyib – içəndən sonra yenə qayıdardılar iş başına, məmləkəti idarə eləməyə. Bir gün…
Bütün əhvalatlarda həmişə bir gün nəsə qeyri – adi hadisə baş verir. Bizim əhvalatda da qeyri – adi hadizə baş verdi. Vəzirin əlindən xata çıxdı. Ov zamanı əlində beqəfil açılan güllə şahın baş barmağını qoparıb atdı. Şah qəzəbləndi, nə qəzəbləndı:
– Sən nə cəsarətlə mənə güllə atdın? Mən indi əmr edərəm sənin dərini boğazından çıxararlar.
Vəzir and – aman elədi ki, şah sağ olsun, vallahi, billahi bir xatadı, əlimdən çıxdı, Allahın işidi, güllə sənə dəydi. Mən nəkarəyəm ki, sənə güllə atam?
Vəzir nə qədər yalvardısa, olmadı. Elə meşənin ortasındaca dar ağacı qurdurdu. Kəndiri ilgək edib vəzirin boğazına salmaq istəyəndə vəzir yenə yalvardı:
– Ay şah, başına dönüm, otuz ildi sənə vəzirlik edirəm, həmişə də sədaqətli olmuşam. Mənim sənə güllə atmaq fikrim yox idi. Allahın işidir, yəqin bu işin içində bir xeyir var. Həyatda boş – boşuna heç nə olmur. Sən məni öldürmə, vaxt gələr, bu işin içindəki hikmət sənə əyan olar.
Şah dərin fikrə getdi. Bir zamanlar baş barmağı olan boşluğa baxdı, sonra dönüb vəzirə baxdı, öz – özünə fikirləşdi ki, bu nə danışır, nə hikmət ola bilər burda? Durduğum yerdə barmaqsız qalmışam, bəs güllə mənə dəyib öldürsəydi necə? Elə belə də soruşdu vəzirdən. Vəzir yenə yalvardı ki, onu öldürməsin, heç olmasa zindana salsın, gün gələr, ona əyan olar bu işin içində olan hikmət. Şah tərəddüd etdi. O, vəzirə çox inanırdı. Əlinin ağrısı səngiməsə də, əsəbləri bir xeyli sakit olmuşdu. Ona görə də əmr elədi ki, vəziri asmasınlar, onu zindana atsınlar. Vəziri zindana saldılar, şah da özünə təzə vəzir təyin edib, zindanda olan köhnə vəziri tamamilə unutdu. Düzdü, yerində olmayan baş barmağı hərdənbir köhnə vəziri onun yadına salırdı, amma bu, elə belə ani olurdu. Şahın o qədər işi vardı ki, ömrü boyu barmaq dərdi çəkməyəcəkdi ki…
Bu münvalla bir neçə il keçdi. Bir gün şah yenə ova çıxmaq eşqinə düşdü. Yenə saray əyanlarından bir dəstə düzəldib yola rəvan oldular. Amma bu dəfə ov baş tutmadı. Meşəni nə qədər dolaşdılarsa, əllərinə bir şey keçmədi. Ov axtara – axtara meşənin lap dərinliyinə qədər getdilər, lakin ov əvəzinə bu meşədə yaşayan vəhşi bir qəbiləyə rast gəldilər. Qəbilənin əsgərləri şahla əyanlarının hamısını əsir alıb, əl – qollarını bağladılar. Sən demə, bunlar adam yeyənlər imiş. Bir – bir əyanları başladılar bişirib yeməyə. Növbə gəlib şaha çatanda baxdılar ki, şahın baş barmağı yerində deyil. Əl saxlayıb, şahı qəbilə başçısının yanına apardılar. Qəbilə başçısı bir şaha, bir onun baş barmağının yerinə baxdı, əlilə işarə verdi. Şah baxdı ki, ay balam onun əl – qolunu açırlar. Soruşdu ki, xeyir ola, mənim əl – qolumu niyə açırsınız? Dedilər ki, biz bədənində qüsur olan insanları yemirik. Səni buraxırıq, çıx get işinin – gücünün dalınca…
Şah sevinə – sevinə çıxıb gəldi saraya. Dərhal vəziri zindandan azad eləyib hüzuruna gətidi. Şah köhnə vəzirin boynunu qucaqlayıb o üzündən, bu üzündən öpdü, yanında oturdub sözə başladı:
Vəzir, sən demişdin ki, başımıza gələn işin içində bir hikmət var, mən sənə inanmamışdım. Mən bu gün həmin hadisəyə görə sağ qaldım. Sən düz deyirmişsən. İndi mən səni həbsdən azad edib, yenidən vəzir təyin edirəm. Sənə çoxlu ənam verirəm. İstə məndən, ürəyin nə istəyirsə…
Vəzir dedi ki, şah sağ olsun, mən artıq öz ənamımı almışam. Mən sənə dedim ki, bu işin içində bir hikmət var. Əgər güllə sənin əlinə dəyməsəydi, axırıncı ov zamanı mən zindanda yox, sənin yanında olardım. Onda iİkimizi də bişirib yeyərdilər. İndi o təsadüf nəticəsində sən də, mən də sağ qaldıq. Bundan artıq mənə nə ənam lazımdır?
Qəribə əhvalatdır, deyilmi? Burada mənim əlavə edəcək bir sözüm qalmadı.
Hə, nəticə…
Mənim gəldiyim nəticə budur:
Başımıza gələn hər bir işin içində xeyir axtaranda, xeyir tapırıq. Bu mənim nəticəmdi. Əgər yazını oxumağa səbriniz çatdısa, özünüz də nəticə çıxara bilərsiniz.
Жалоба
Напишите нам, и мы в срочном порядке примем меры.