Vahid Çəmənli - Dəli Çəmənli Страница 8
- Категория: Проза / Русская современная проза
- Автор: Vahid Çəmənli
- Год выпуска: неизвестен
- ISBN: нет данных
- Издательство: -
- Страниц: 8
- Добавлено: 2019-07-03 18:01:46
Vahid Çəmənli - Dəli Çəmənli краткое содержание
Прочтите описание перед тем, как прочитать онлайн книгу «Vahid Çəmənli - Dəli Çəmənli» бесплатно полную версию:Vahid Valeh oğlu Qasımov, – Vahid Çəmənli – 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şerləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şerlər kitabı çapdan çıxmışdır.«Dəli Çəmənli» kitabı müəllifin ikinci kitabıdı. Evlidir, iki oğlu var. Hal-hazırda Bakı şəhərində yaşayır.
Vahid Çəmənli - Dəli Çəmənli читать онлайн бесплатно
Demə, bağcamızda açılan güllər,
Ömrünün gecikən bahаrı imiş.
Məni səxavətlə böyüdən illər,
Heç demə, günləri səndən kəsirmiş.
İndi anlayıram, niyə adamlar,
Hər məni görəndə gülümsəyirmiş.
Sənə inamlarmış, mənə inamlar,
Bütün ehtiramlar sənə görəymiş.
İnana bilmirəm bu yoxluğundan,
Belə soyuqlaya ilıq baxışlar.
Ömür yollarında dolaşdım yaman,
Bir dost köməyinə ehtiyacım var…
Demə, oğlun səni salmayır yada,
Torpaq soyuqüzdür, mən soyuyuram.
Sanıram, nəyimsə çatmır dünyada,
Sənin yoxluğunu indi duyuram.
Çəmənlimin Şahmar tacı…
(Unudulmaz müəllimim Şahmar Əkbərzadəyə həsr olunur.)
İçimdə bir sevgi yaşayır. Haçan dolub ürəyimə, bilmirəm. Həmişə mənimlə olub. Orta məktəbdə oxuyanda da, bütün ümidlərimi kiçicik yol çamadanına yıgıb təhsil almaq üçün o zaman mənə nağıl kimi gələn Bakı yoluna çıxanda da, tələbəçiliyin min əzab-əziyyətinə dözə-dözə, qohumların küncündə, püşkəyində daldalananda da. Qapıdan girib, Ay bala, sənin bu yataqxanan düzəlmədimi? – sualı ilə üzləşməmək üçün baş ağrısı bəhanəsilə ac-susuz yatağa uzananda da… həmişə mənimlə olub bu sevgı…Bilirdim ki, haralardasa yaxındadır, bilirdim ki, axtarıb tapsam, çox sevinəcək.
Cəmi iki il mənə dərs deməsinə baxmayaraq, aramızda səmimi bir dostluq vardı. Şahmar müəllimi görəndə elə bil ən əziz adamımı görürdüm. Hələ beşinci sinifdə oxuyanda onun «Lenin yolu» qəzetində çap olunan «Qara kağızlar» şerindən ilhamlanaraq «Dünya» adlı bir yazı cızma-qara eləmişdim. Səhəri gün utana-utana şeri ona uzatdım. Təəccübləndi. Cansız-çəlimsiz uşağı heyrətlə süzdü. Sonra elə ayaq üstündəcə birnəfəsə oxudu. Üzündə qeyri-adi bir təbəssüm vardı. Bu təbəssüm qəlbində bitib tükənməyən Allah nuru olan gənc, gözəl qədd-qamətli bir şair təbəssümü idi. Şerdə adını çəkdiyim adamlardan sual verdi. Cavablandırdım. Qasımov, sən lap əməlli-başlı bilicisən ki… Sevincimdən uçmağa qanadım yox idi. Mənə qaytardığı dəftər vərəqini səliqə ilə dördqat büküb cibimə qoydum. Neçə il o vərəq dəftər-kitablarımın arasında qaldı. Həmişə o vərəqə baxanda məni bir ümid sarırdı. Fikirləşirdim ki, görəsən mən də onun kimi şer yaza biləcəyəmmi? Sonra o köçüb Bakıya getdi. Uzun zaman onu görmədim. Lakin onu bir də görmək ümidimi itirmirdim. Artıq mən də Bakıda idim. Poeziya klublarının birində dostu Vilayət Rüstəmzadə ilə rastlaşdım. Qarabağlı, illah da Çəmənlidən olduğumu biləndə çox sevindi. Dostum Şahmarın həmkəndlisi imişsən, – dedi. Yerini soruşdum. İş yeri cəmi beş addımlıqda imiş. Elə həmin gün «Bakı Soveti» metrosu ilə üzbə-üz binanın dördüncü mərtəbəsində yerləşən «Azərbaycan Gəncləri» qəzetinin redaksiyasına ayaq açdım. Doğrudur, şairlikdə parlaya bilmədim, amma bu qeyri-adi insanla elə-belə ünsiyyətdə olmaq da böyük xoşbəxtlik idi. Onun şerlərini dinlədikdən sonra şer yazmağa kimin hünəri çatardı?
Конец ознакомительного фрагмента.
Жалоба
Напишите нам, и мы в срочном порядке примем меры.